Dünən Fransa Liqasında növbəti turun matçları baş tutub.
Futbolda.az xəbər verir ki, lider PSJ bu tur evdə Dijon klubunu qəbul edib. Matça möhtəşəm başlayan Parislilər artıq 4-cü dəqiqədə Angel Di Maria-nın qolu ilə hesabı aça biliblər. Daha rəqib qapısından daha 7 qol keçirən PSJ matçı 8-0 hesablı qələbə ilə yekunlaşdırıb.
Qeyd edək ki, Neymar bu matçda 4 qol vura bilib.