Dünən Almaniya Bundesliqasında qış fasiləsindən sonra 18-ci tura start verilib.
Futbolda.az xəbər verir ki, son çempion Bavariya bu tur səfərdə Bayer Leverkuzen klubunun qonağı olub. Matça yaxşı başlayan Almaniya çempionları artıq ilk hissədə Xavier Manrtinez ilə önə keçə bilmişdilər. İkinci hissədə isə Frank Ribery komandasının üstünlüyünü iki topa çatdırdı.
Matçın ən gözəl qolunu isə yay transfer pencərəsində Real Madrid-dən icarəyə götürülən Xames Rodriqez vurub.
Matçdan icmalı təqdim edirik.