Dino Ndlovu “Qarabağ”dan ayrıldı

Futbolda

10 Yanvar 2018 0

“Qarabağ” klubunun Cənubi Afrikalı hücumçusu Dino Ndlovu klubdan ayrılıb. 

Futbolda.az xəbər verir ki, futbolçu bu haqda öz sosial media səhifəsində paylaşaraq məlumat verib. 

“Karyeramı “Qarabağ”da bitirəcəyimi düşünürdüm. Ancaq bu, arzu idi. Hər kəsə təşəkkür edirəm. Bu klubda çox yaxşı 18 ay keçirdim. Karyeramın ən gözəl günləri idi. Məşqçilərə, komanda yoldaşlarıma minnətdaram. Azərbaycanda yaxşı insanlar tanıdım. Karyeramda ən çətin qərarlardan birini verdim. Qanım “Qarabağ”ı sevən və onun uğrunda həyatını itirən insanlarla axacaq. Yenidən görüşənədək. Sizi sevirəm”.

Qeyd edək ki, Dino Ndlovu 2016-cı ilin yayından “Qarabağ”ın formasını geyinirdi. O, Çinin “Hançjou Qrintaun” klubuna transfer olunub. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur