Bu gün İngiltərə Kubokunda 3-cü turun matçları baş tutur.
Futbolda.az xəbər verir ki, son kubokun qalibi olan Arsenal bu tur səfərdə Nottingham klubunun qonağı olub. Gərgin keçən matç 4-2 hesabı ilə Nottingham klubunun qələbəsi ilə başa çatıb. Beləliklə, Arsenal İngiltərə Kuboku ilə 3-cü mərhələdə vidalaşmalı oldu.
Qeyd edək ki, Nottingham Forest klubu İngiltərə-nin ikinci liqasında mübarizə aparır və hazırda turnir cədvəlində 14-cü pillədədir.