"Mançester Yunayted" səfərdə qalib gəldi.
Futbolda.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 22-ci turunda "Mançester Yunayted" səfərdə "Everton" klubunun qonağı olub. Lukaku və İbrahimoviçin zədə səbəbi ilə iştirak edə bilmədikləri matçdan qırmızı şeytanlar 0-2 hesablı qələbə ilə ayrıla biliblər.
Matçdan qolları 57-ci dəqiqədə Martial və 81-ci dəqiqədə Linqard vurub.