Fatih Terim "Qalatasaray"a qayıdır

Futbolda

22 Dekabr 2017 0

Türkiyənin "Qalatasaray" futbol klubunun yeni baş məşqçisi Fatih Terim olacaq. 

Futbolda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi vəzifəsi tezliklə 64 yaşlı mütəxəssisə həvalə olunacaq.

"İmperator" ləqəbli baş məşqçi artıq özü də sosial şəbəkədə "Harada qalmışdıq?" - deyə paylaşım edib.

Qeyd edək ki, Fatih Terim 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə də "Qalatasaray"ın baş məşqçisi olub. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur