FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Futbolda.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının mövqeyində dəyişiklik baş verməyib. Millimiz 281 xalla 117-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 1602 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1483), Portuqaliya üçüncüdür (1358).