“Barselona”nın
keçmiş hücumçusu Rivaldo, müasir futbolda “Qızıl top” uğrunda mübarizədən
danışıb.
“Mən
Messi ilə birgə oynamaq istəyərəm. O, dünyada ən yaxşıdır, oyunu həll edəndir.
Ronaldu?
O, “Real”ın ən təhlükəli oyunçusudur. Messi kimi onu dayandırmaq çətindir, hər
ikisi çox qol vurur, onlardan nə gözləyəcəyini bilmirsən.
Əgər
Kriştianu öz “Qızıl top”larını udubsa, deməli o, buna layiqdir. Mənim zamanımda
dünyanın ən yaxşısı olmağa indikindən daha çox oyunçu namizəd idi.
Mən
Fiqu, Del Pyero və Tottini xatırlayıram, amma indi üzdə eyni oyunçulardır və mən
əminəm ki, Messi və Ronaldu ilə rəqabətə girə bilərdim, çünki mənim zamanımda
oynamaq çətin idi”, - Rivaldo deyib.