“Milan”ın
icraçı direktoru Marko Fassone, Kakanın kluba qayıtmaq ehtimalını şərh edib.
Bu günlərdə 35 yaşlı braziliyalı karyerasını bitirib və o, “Milan”da vəzifə tuta bilər.
“15 gün öncə, mən 1 saat ərzində Kaka və onun atası ilə söhbət etdim. Biz bir yerdə onun gələcəyini və “Milan”ın gələcəyini necə gördüyü ilə bağlı ideyalarımızı bölüşdük. O, qərar vermək üçün 1 ay istədi.
Milada
qədər biz bir daha söhbət edəcəyik və yalnız bir-birimizi bayramla təbrik etməyəcəyik,
həmçinin, nağılın davam edəcəyi, bitəcəyi və ya geri dönəcəyini müzakirə edəcəyik”,
- Fassone deyib.