"Mançester Siti" İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Futbolda.az xəbər verir ki, dünən İngiltərə Liqa Kubokunda "Lester Siti" - "Mançester Siti" klubları qarşılaşıb. Matçın əsas vaxtı 1-1 hesabı ilə yekunlaşdığından qalib penaltilərdə məlum olub. Penalti seriyasında isə "Mançester Siti" 4-3 üstün olaraq kubokun yarımfinal mərhələsinə vəsiqəni təmin edib.