“Bavariya”nın
prezidenti Uli Höness, komandasının yaxın zamanda bahalı futbolçu transfer edəcəyini
mümkün hesab edir.
“Biz
Neymar və Mbappe kimi oyunçuları ala bilmərik. Ancaq lazım gələrsə, “Bavariya”,
bir futbolçuya görə 50, 60 və ya 70 milyon avrodan çox ödəyə bilər”, - o,
deyib.
Almaniya
çempionatında 17-ci turun nəticələrinə əsasən, “Bavariya” ilk sırada yer alır.