“Milan”ın
qapıçısı Canluici Donnarumma, dünən İtaliya kubokunun 1/8 final mərhələsində “Verona”ya
qarşı matçda öz azarkeşləri tərəfindən maneələrə məruz qalıb.
AS xəbər
verir ki, “rossonerilər”in azarkeşləri oyun boyu 18 yaşlı qapıçıya “Çıx get” və
təhqiramiz ifadələr işlədib. Donnarumma oyun bitdikdən sonra soyunub-geyinmə
otağında ağlayaraq öz emosiyalarını büruzə verib. Komandanın kapitanı Leonardo
Bonuççi onu sakitləşdirməyə çalışıb.