Almaniya
Futbol Birliyi, Almaniya yığmasının oyunçuları ilə DÇ-2018-də iştirakla bağlı
mükafatların miqdarında razılığa gəlib.
Hər
bir futbolçu, ¼ finala çıxmağa görə 75 min, yarımfinala çıxmağa görə 125 min,
3-cü yer üçün 150 min və finala çıxdıqda, 200 min avro əldə edəcək.
Əgər
almanlar turnirdə qalib gələ və dünya çempionu titulunu qoruya bilsə, hər bir
futbolçu 350 min avro əldə edəcək.
Almaniya,
DÇ-2018-in qrup mərhələsində Meksika, İsveç və Cənubi Koreya ilə qarşılaşacaq.