Donnarummaya yeganə namizəd

Futbolda

13 Dekabr 2017 0

Sky Sport İtalia`nın jurnalisti Canluka Di Marsionun iddiasına görə, “Milan”ın qapıçısı Canluici Donnarumma klubu tərk etmək istəmir.

 

Milan klubu, Çempionlar Liqasına düşməyəcəyi təqdirdə, 18 yaşlı qapıçını uyğun qiymətə satmağa hazırdır. Onun agenti Mino Rayola, hal-hazırda Donnarummanın mümkün alıcılarının axtarışındadır.

 

Hal-hazırda italiyalıya yeganə ciddi namizəd, “Atletiko”dur. Madridlilərin qapıçısı Yan Oblak, yayda “PSJ”yə keçmək istəyir. Bununla belə, Donnarummanın özü Madrid klubu ilə olan variantdan razı deyil.

 

Yaya qədər Donnarumma, “Milan”ı dəqiq olaraq tərk etməyəcək. Onun transferinin mümkünlüyünə, mövsümün sonunda baxılacaq. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur