Almaniya çempionatının 16-cı turunda Dortmund “Borussiya”sı, “Maynts”ı məğlub edib (2:0).
Komandanın yeni baş məşqçisi Peter Şteger, təyinatdan sonra ilk matçında qələbə qazanmağı bacardı.
Bu, “Borussiya” üçün 30 sentyabrdan bu yana Bundesliqada ilk qələbə oldu. Klub, 8 oyun qələbəsizlik seriyasına son qoydu.
Şteger, Peter Bosun işindən azad olunmasından sonra “Borussiya”nın baş məşqçisi oldu.