Van Qal: "Mourinyu müdafiə futbolu oynadır, lakin onu tənqid edən yoxdur"

Futbolda

12 Dekabr 2017 0

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Lui van Qal hesab edir ki, “qırmızı şeytanlar” Joze Mourinyu dönəmində müdafiə futbolu oynayır.

“Deyə bilərəm ki, “Mançester Yunayted”də işlədiyim il, şərtlərə görə əla idi. Mənim komandam yaxşı futbol oynayırdı, amma bu stil İngiltərədə çox da sevilmir. İndi “M.Y” daha darıxdırıcı futbol oynayır, lakin heç kim Mourinyunu tənqid etmir.

Komanda, müdafiədən oynayır, mənim zamanımda isə əsl hücum futbolu var idi. Rəqiblər həmişə öz cərimə meydançalarında “avtobus” qoyurdu. Hal-hazırda onların bunu etməyə ehtiyacı yoxdur, çünki Mourinyu müdafiə futbolu oynadır”, - o, deyib.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur