Futbol üzrə Azərbaycan yığmasının növbəti rəqibi bəlli olub.
Futbolda.az AFFA-ya istinadən xəbər verir ki, Azərbaycan milli komandası Gürcüstan yığması ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma, 2018-ci il fevralın 2-də Türkiyənin Antalya şəhərində təşkil olunacaq.
Bu oyun, yığmanın yeni baş məşqçisi Qurban Qurbanov üçün millinin başında ilk qarşılaşma olacaq.