Sabah, futbol üzrə Azərbaycanın
U-21 yığma komandasına yeni baş məşqçi təyin olunacaq. Futbolda.az Sport24.az
saytına istinadən xəbər verir ki, söhbət “Qarabağ”ın kapitanı və bu klubun U-19
komandasının baş məşqçisi Rəşad Sadıqovdan gedir.
O, gənclərdən
ibarət millimizin baş məşqçi postuna təyin ediləcək. Təyinatın AFFA tərəfindən
sabah rəsmi olaraq təsdiqlənəcəyi gözlənilir.
Qeyd
edək ki, daha öncə bu posta Mahmud Qurbanovun gətiriləcəyi bildirilirdi.