Mançester derbisinin ardından qalmaqal

Futbolda

11 Dekabr 2017 0

İngiltərə çempionatında “Mançester Yunayted” – “Mançester Siti” (1:2) matçının ardından komandaların futbolçu və məşqçiləri arasında dava düşüb.  

 

Münaqişə, “Yunayted”in baş məşqçisi Joze Mourinyunun qonaqların soyunub-geyinmə otağında yüksək səslə musiqi dinləməsi və qələbəni gur şəkildə bayram etmələri xoşuna gəlmədiyindən başlayıb.

 

Portuqaliyalı, “şəhərlilər”dən rəqibə hörmət etmələrini istəyib, lakin onunla “Siti”nin qapıçısı Ederson arasında mübahisə düşüb. Münaqişəyə sonradan digər futbolçular da qoşulub.

 

Nəticədə, Mourinyunun başına plastik butulka ilə zərbə endirilib və üstünə süd tükülüb, “Siti”nin ikinci məşqçisi Mikel Artetanınsa, qaşı partlayıb. Münaqişədə “Yunayted”in hücumçusu Romelu Lukaku aktiv iştirak edib. Yalnız “Old Trafford”un təhlükəsizlik xidmətinin hadisəyə qarışmasından sonra münaqişə bitib. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur