Dünən Türkiyə Super liqasında növbəti turun matçları baş tutub.
Futbolda.az xəbər verir ki, son çempion "Beşiktaş" bu tur səfərdə "Kayserispor"-un qonağı olub. Hesabı ilk ev sahibləri açsada, hissənin sonlarında Cenk Tosun penaltidən komandasının bərabərlik qolunu vura bilib. Matç 1-1 hesabı ilə yekunlaşıb və bu turdan sonra "Beşiktaş" klubu 27 xall 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, bu artıq son 4 həftədə "Beşiktaş"ın 3-cü bərabərliyidir.