İkardinin agenti: "Onun qiyməti 200 milyondur"

Elnur Jamal

30 Noyabr 2017 0

“İnter”in hücumçusu Mauro İkardinin agenti və həyat yoldaşı Vanda Nara, öz müştərisinin transfer qiymətini açıqlayıb.

“Mən onunla bir çox komandaların maraqlandığını təkzib etmirəm. Gələcəkdə onun gedişi mümkündürmü? Bunu demək çətindir, çünki futbolda gələcəkdə nə olacağını bilmək olmur. Onun müqaviləsi var, o, “İnter”lə qələbələr barəsində düşünür və maksimum çalışır. Onun qiyməti nə qədərdir? 200 milyon avrodan az deyil”, - Corriere dello Sport Naranın sözlərini təqdim edib.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur