"Keşlə"nin iki futbolçusu saxlanılıb

Elnur Jamal

30 Noyabr 2017 0

“Keşlə” klubu, rəsmi saytı vasitəsilə futbolçular Nizami Hacıyev və Mirhüseyn Seyidovun komandadan uzaqlaşdırılmasını təsdiqləyib.

Futbolinfo.az xəbər verir ki, məlumatda bunlar qeyd olunub: “Keşlə” Peşəkar Futbol Klubunun rəhbərliyi bildirir ki, əsas komandanın futbolçuları - Nizami Hacıyev və Mirhüseyn Seyidov Topaz Premyer Liqası çərçivəsində keçirilmiş son 5-6 oyunda danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə, 4 gün öncə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilmişdir”.

Qeyd etmək lazımdır ki, bu iki futbolçu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Klubun bununla da bağlı rəsmi açıqlama yayması gözlənilir.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur