Dortmund “Borussiya”sı komandanın baş məşqçisi Peter Bosu işindən azad edə bilər.
Komanda Yeni ilə qədər 30 xal yığmasa, 54 yaşlı hollandiyalı istefaya göndərilə bilər. Onun yerinə əsas namizəd, “Hoffenhaym”ın baş məşqçisi Yulian Nagelsmann hesab olunur. “Borussiya”, Bundesliqada ardıcıl 6 oyundur qələbə qazanmır.