De Rossi cəzalandırıldı

Elnur Jamal

29 Noyabr 2017 0

A seriyasının nizam-intizam komitəsi “Roma”nın yarımmüdafiəçisi Daniele de Rossini 14-cü turda “Cenoa” ilə görüşdə (1:1) idmançıya yaraşmayan hərəkətinə görə cəzalandırıb.

34 yaşlı futbolçu iki oyunluq diskvalifikasiya olunub, o, “SPAL” və “Kyevo” matçlarını buraxacaq. Görüşün 69-cu dəqiqəsində künc zərbəsi zamanı de Rossi “Cenoa”nın hücumçusu Canluka Lapadulanın üzünə vurub və özü yerə yıxılıb. Romalıların kapitanı meydandan qovulub, Lapadula isə təyin olunmuş penaltini qola çevirib.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur