Kaliniç "Milan"dan ayrıla bilər

Elnur Jamal

29 Noyabr 2017 0

“Milan”ın hücumçusu Nikola Kaliniç karyerasını Çində davam etdirə bilər.

Fabio Kannavaronun çalışdırdığı “Quançjou Everqrand” 29 yaşlı xorvatla maraqlanır. İtaliyalı bir neçə dəfə Kaliniçi “Tyançzin Çüançzan”a transfer etmək istəyib və yanvarda yenidən cəhd etmək niyyətindədir. “Milan” Kaliniçi avqustda “Fiorentina”dan Vinçentso Montellanın istəyi ilə 25 milyon avroya əldə edib. Məşqçinin istefasından sonra klub, oyunçu ilə yolları ayıra bilər.

Football İtalia`nın xəbərinə görə, milanlılar Kaliniç üçün çinlilərdən 45 milyon avro tələb etmək istəyir. Kaliniç, bu mövsüm 15 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur