Almaniya yığmasının baş məşqçisi Yoaxim Lövü “Bavariya”da görə bilərik.
Bild iddia edir ki, Münhen klubu Lövü Almaniya millisindən gedişindən sonra dəvət etmək istəyir. Lövün yığmanı DÇ-2018-dən sonra tərk edəcəyi və bir illik fasilə götürəcəyi gözlənilir. “Bavariya” rəhbərliyi Yupp Haynkesi 2019-cu ilin yayına qədər komandada qalmağa razı salmaq istəyir. Artıq 2019-cu ilin yayında isə Löv komandanın başına keçə bilər.