Günün ən son transfer xəbərləri

Futbolda

25 Noyabr 2017 0

Futbolda.az olaraq sizlərə ən son transfer xəbərlərini təqdim edirik. 

1. Kristiano Ronaldo agenti Xorxe Mendese PSG klubu ilə danışıqlara başlamaq göstərişi verib. DiarioGol dərcinin yaydığı məlumata görə futbolçu "Real Madrid" klubunda məvacibinin artırılmasını istəsə də, klub rəhbərliyi bunu etməyə hazır deyil. 

2. Oubemeyanq "Borussiya Dortmund" klubunu tərk etmək niyyətindədir. Almaniya mətbuatının yaydığı məlumata görə futbolçu klub rəhbərliyindən narazıdır və artıq qış transfer pencərəsində yeni kluba keçmək niyyətindədir. 

3. SPORT dərcinin məlumatına görə Barselona yeni transfer pencərəsində bir neçə futbolçusunu satmaq niyyətindədir. Bu futbolçular arasında Aleix Vidal, Andre Gomes, Denis Suarez, Gerard Deulofeu, Arda Turan və Paco Alcacer var. Yeni futbolçular cəlb etmək üçün klub bir neçə futbolçunu satmaq məcburiyyətindədir. 

4. Kaka Çin klubunda çıxış edə bilər. Son məlumatlara görə futbolçu Çin klubu ilə yaxın zamanlarda 1 illik müqavilə imzalayacaq. 

5. Arsenal klubunun Benzema üçün 40 milyon avroluq təklifi kral klubu tərəfindən rədd edilib. 

6. "Barselona" Mesut Özil-i transfer etmək niyyətindən vaz keçmək istəyir. SPORT dərcinin yaydığı məlumata görə Barselona klubu futbolçunun məşğul həyat tərzinin onun futbolçu kimi effektiv olmamasından çəkinir. 

7. "Real Madrid" klubu "PSJ" futbolçusu Rabiot-u transfer etmək istəyir. Modriç-i əvəz edəcək futbolçu axtarışında olan klub rəhbərliyi Rabito və Della Alli-ni transfer etmək istəyir. 


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur