“Atalanta”ya 1:5 hesabı ilə məğlub olan “Everton”, ingilis klublarının avrokuboklarda ən pis nəticələrini təkrarlayıb.
Bu məğlubiyyət, son 21 ildə ingilis klubları üçün Avropa Liqası/UEFA Kubokunda ən böyük hesablıdır. 1996-cı ildə “Nottingem Forest” evində “Bavariya”ya 1:5 hesabı ilə məğlub olub.
Bundan başqa, 5 turdan sonra “Everton”un hesabında cəmi bir xal var – daha az, 1995-ci ildə Çempionlar Liqasında çıxış edən “Blekbern”də olub.