“Bavariya”, Yupp Haynkesin baş məşqçi postuna təyinatından sonra uğurlu çıxışını davam etdirir.
Haynkesin rəhbərliyi altında münhenlilər bütün turnirlərdə 22:4 ümumi hesabı ilə 9 qələbə qazanıb. 5 qələbə Bundesliqada, 3 - Çempionlar Liqasında, 1 qələbə isə Almaniya kubokunda əldə edilib.
“Bavariya”ya geri dönüşündən sonra 72 yaşlı mütəxəssis bütün oyunlarda qələbə qazanıb.