“Qarabağ” – “Çelsi” matçında rekord

Futbolda

23 Noyabr 2017 0

Çempionlar Liqasının qrup mərhələsinin Qarabağ - Çelsi matçında rekord nəticə qeydə alınıb. 

Futbolda.az oxu.az saytında istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Çelsi” qarşılaşmasını 67 min 100 tamaşaçı izləyib.

İngiltərə klubunun 4:0 hesablı qələbəsi ilə başa çatan matç V turun rekordu kimi tarixə düşüb.

Belə ki, nə ilk, nə ikinci oyun günündə bu qədər tamaşaçı toplayan ikinci bir matç olmayıb. İlk günün rekordu Dortmunddakı “Borussiya” - “Tottenhem” matçını 65 min 849 nəfər izləmişdisə, Bakıdakı görüşdə bundan 1251 nəfər çox azarkeş tribunalara toplaşıb.

Lakin “Qarabağ” – “Çelsi” matçı Azərbaycan futbolu tarixinin rekordu ola bilməyib. Çünki II turun “Qarabağ” – “Roma” matçını – ölkəmizdəki ilk Çempionlar Liqası qarşılaşmasını daha çox seyrçi izləmişdi.

Həmin turun  rekordu olan görüşdə 67 min 200 nəfər qeydə alınmışdı. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur