"Qarabağ" azarkeşlərə müraciət etdi

Futbolda

21 Noyabr 2017 0

Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin V turunda Bakı Olimpiya Stadionunda baş tutaca matçla bağlı azarkeşlərə müraciət edib. 

Futbolda.az xəbər verir ki, klub öz müraciətində bunları deyib:  

"Azarkeşlərimizdən xahiş olunur ki, girişdə qarışıqlıq yaşamamaq üçün arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən istifadə edin. Çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdır. İctimai dayanacaqla bağlı N qapısında yerləşən Şimal körpüsündən, metronun “Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir. Heydər Əliyev prospektində yerləşən ictimai dayanacaq oyundan 3 saat əvvəl açıq olacaq. Qarşılaşmaya 3 saat əvvəl gəlməyiniz xahiş olunur".

 Qeyd edək ki, Bakı Olimpiya Stadionunun qapıları saat 18:00-dan etibarən açılacaq. 

 


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur