“Hoffenhaym”-ın baş məşqçisi Yulian Nagelsmann hücumçu Sandro Vaqnerin qışda “Bavariya”-ya transfer olmaq istədiyini təsdiqləyib.
“Biz “Bavariya”-nın Sandroda maraqlı olduğunu çoxdan bilirik. Biz həm də bilirik ki, Vaqner də bunda maraqlıdır. Mən oyunçu ilə bu vəziyyəti müzakirə edəcəm. Hamı bilir ki, onun ailəsi Münhendə yaşayır. Mən oyunçuya sahib deyiləm. O, kluba məxsusdur. Şübhəsiz ki, onun müqaviləsi daha bir neçə il nəzərdə tutulub. Anlaşmanın məbləği öz rolunu oynayacaq”, - Nagelsmann deyib.
O, həm də qeyd edib ki, tərəflər artıq yanvarda baş tuta biləcək transfer barəsində danışıqlar aparır.