Romelu Lukakunun sevinci uzun çəkmədi.
Hesabında 30 qolla Yaponiya ilə görüşə çıxan ulduz hücumçu matçda yeganə qolun müəllifi oldu və yığma tarixinin qol rekordunu qırdı. Lukakunun rekordunu Belçika mediası, Belçika Futbol Federasiyası rəsmi qaydada açıqlayaraq təbrik etdi. Lakin FİFA-nın qeydlərində Lukakunun yığmanın heyətində 31 yox, 28 qol vurduğu qeyd olunub. Buna səbəb, 26 may 2014 tarixində Genkdə keçirilən Belçika-Lüksemburq oyununda ev sahiblərinin 6 yerinə, 7 dəyişiklikdən istifadə etməsi olub. Nəticədə, həmin oyunda het-trik edən Lukakunun qolları da oyunun bütün statistikası kimi rəsmi olaraq qeydə alınmayıb.
Lukakunun rekord üçün mart ayındakı milli komanda oyunlarını gözləməsi lazım olacaq.