Ventura İtaliya yığması ilə uğur qazandığını düşünür

Elnur Jamal

15 Noyabr 2017 0

İtaliya yığmasının baş məşqçisi Canpyero Ventura hesab edir ki, İtaliya onunla son 40 ilin ən yaxşı nəticələrini göstərir.

Xatırladaq ki, mütəxəssisin rəhbərliyi altında italyanlar son 60 ildə ilk dəfə DÇ-ya düşə bilmədilər. “İtaliyasız dünya çempionatı o qədər də cəlbedici olmayacaq, amma bu reallıqdır. Mən nə edə bilərəm? Mən bu nəticəyə görə bütün italyanlardan üzr istədim, amma mənimlə İtaliya yığması son 40 ilin ən yaxşı nəticəsini göstərir. Mən yalnız iki oyunda məğlub oldum”, - Ventura deyib.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2021 - Bütün hüquqlar qorunur