İtaliya millisi 1956-ci ildən ilk dəfə Dünya Çempionatına vəsiqə qazana bilmədi.
Futbolda.az xəbər verir ki, dünən DÇ-2018 pley-off mərhələsinin cavab matçı baş tutub. İtaliya millisi öz stadionunda İsveç millisini qəbul edib. İlk matçdan 1-0 məğlub dönən İtaliya bu matçda 90 dəqiqə ərzində İsveç qapısına yol tapa bilməyib. 0-0 hesabı ilə yekunlaşan matçdan sonra İsveç millisi DÇ-2018-ə vəsiqəni təmin edə bilib.
Matçdan icmalı təqdim edirik.