Milanda ilin matçı

Elnur Jamal

13 Noyabr 2017 0

Komandalar öz aralarında 25 oyun keçirib: 12 qələbə İtaliyanın, 7-si İsveçin, 6 dəfə isə heç-heçə qeydə alınıb.

İtalyanlar öz meydanlarında İsveçə 1983-cü ildən məğlub olmurlar. Neapolda 0:3 hesablı qələbə İsveç üçün yeganə olaraq qalır. DÇ-2006-da qələbədən sonra İtaliya 2 dəfə ard-arda CAR və Braziliyada keçirilən mundialda qrupdan çıxa bilməyib. 6 oyunda cəmi 1 qələbə qazanılıb (2014-də İngiltərə üzərində).

İtaliya, son dəfə 1958-ci ildə İsveçdə keçirilən mundialda iştirak etməyib. Maraqlıdır ki, italyanların iştirak etmədiyi son Avropa Çempionatı 1992-ci ildə məhz İsveçdə təşkil olunub. İsveç, son iki Dünya Çempionatında iştirak etməyib.

Gözlənilən heyətlər: İtaliya: Buffon, Bardzalyi, Bonuççi, Kyellini, Darmian, Kandreva, Parolo, De Rossi, Verratti, İmmobile, Belotti.

İsveç: Olsen, Kraft, Lindelef, Qrankvist, Avqustinsson, Forsbeq, Ekdal, Yuhansson, Larsson, Berq, Toyvonen.

İtaliya-İsveç matçı Bakı vaxtı ilə 23:45-də “San-Siro” stadionunda baş tutacaq. Görüşün baş hakimi ispaniyalı Antonio Mateo Laos olacaq.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2021 - Bütün hüquqlar qorunur