Benzema: "Mourinyo 2011-ci ildə hörmətimi itirdi"

Elnur Jamal

13 Noyabr 2017 0

“Real”-ın hücumçusu Karim Benzema Madrid klubunun keçmiş baş məşqçisi Joze Mourinyo ilə münasibətlərinin pisləşməsi barədə danışıb.

Mətbuat konfranslarının birində Mourinyo Benzemanı pişiyə bənzədib: “Əgər sizin itiniz varsa, onunla ov daha yaxşıdır. Amma itiniz yoxdursa, pişik ilə ov etməli olursunuz”. “Bizim münasibətlərimiz həmişə yaxşı idi. Amma bundan sonra heç də xeyirxah olmayan niyyətdə ifadələr və açıqlamalar başladı. Mənə belə gəldi ki, onun üçün bu gülməli idi. Mən ona buna qədər hörmət edirdimsə, bundan sonra hörmət itməyə başladı. Mən ona deməli olduğum şeyləri dedim. Mən futbolçu, siz isə məşqçisiniz. Mən sizə, siz mənə hörmət edirsiniz. Bu andan sonra heç bir it, pişik və ya hər hansı bir şey. Sakit biriyəm, amma məni ələ salsan, mən birbaşa danışacam. Nə deyəcəyini düşünəndə, hər şey həmişə yaxşı olur”, - Benzema sənədli filmdə deyib.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur