Milli komandamızın Qurban Qurbanovun rəhbərliyi altında ilk təlim-məşq toplanışının vaxtı və məkanı müəyyənləşib.
Futbolda.az qol.az saytına istinadən xəbər verir ki, millimiz Topaz Premyer Liqasının dövrələrarası fasiləsi zamanı yanvar ayında bir araya gələcək. Toplanış yanvarın 25-də start götürəcək və fevralın 2-dək davam edəcək. Hazırlıqlar Türkiyənin Antalya şəhərində keçirəcək.
Qeyd edək ki, Qurban Qurbanov rəsmi olaraq milli komandada işinə Dekabr ayının 6-dan sonra başlayacaq.