Azərbaycan U-21 millisi Almaniya milisinə 0-7 hesabı ilə məğlub oldu.
Futbolda.az xəbər verir ki, bu gün 21 yaşlılardan ibarət milli komandamız Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində evdə Almaniya millisini qəbul edib. Bakı vaxtı ilə 18.00-da start götürən oyun milliizin 0-7 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, seçmə mərhələdə meydana çıxdığı hər 3 oyunda uduzaraq qrup sonuncusu olan millimiz ötən ay almanlarla keçirilən ilk görüşdə 1:6 hesabı ilə məğlub olub.
Azərbaycan – Almaniya - 0:7
Qol: Hartel, 2, 46, 58; Amiri, 14, Seydel, 28, Klosterman, 60, Öztunalı, 84