“PSJ” 2017/18 mövsümündə maliyyə feyr-pleyinə uyğun gəlməkdə problemlər yaşaya bilər.
Növbəti mövsümün başlanğıcında UEFA parislilərin bu yay keçirdikləri transfer kampaniyasının nəticələrini yoxlayacaq. Klub, bu mövsüm arasında Dani Alves, Neymar və Kilian Mbappeni heyətinə qatıb. 5 oktyabr tarixində “PSJ” nümayəndələri Nyonda UEFA rəhbərləri ilə görüşüb və Neymarla Mbappenin müqavilələri haqqında bütün məlumatları təqdim ediblər.
Maliyyə feyr-pleyinə uyğun gəlmək üçün fransız klubuna qış transfer pəncərəsində oyunçu satışından 80 milyon avro əldə etmək lazımdır.
Artıq “PSJ” Anxel Di Mariya və Lukas Moura ilə yollarını ayırmağa hazırdır.