Mourinyo "PSJ" yolunda

Elnur Jamal

7 Noyabr 2017 0

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo karyerasını “PSJ”-də davam etdirə bilər.

54 yaşlı mütəxəssisin klub rəhbərliyinin hərəkətlərindən narazı olduğu bildirilir. Mourinyonu yayda klubun Nemanya Matiç transferini gec bitirməsi və 4-cü futbolçunu transfer edə bilməməsi qane etməyib. Məşqçi klubdan transfer bazarında daha aktiv olmağı tələb edir.

Mourinyo “Yunayted”-i tərk edəcəyi təqdirdə, böyük ehtimalla, “PSJ”-nin başına keçəcək. Parislilər artıq bu barədə məşqçinin agenti Jorje Mendeşlə ilkin əlaqəni qurublar.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur