“RB Leypsiq”in ulduzlarından Nabi Keytaya 415 min avro məbləğində yol cəzası kəsilib.
Almaniyada bu tip cəzalar şəxsin gəlirinə əsasən müəyyən edilir. Futbolçunun illik gəliri 3 milyon avro olduğundan, hər gün üçün 8300 avrodan 50 günlük cəzası 415 min avro edir. Cəzanın sürücülük vəsiqəsi saxtalığından verildiyi bildirilir.
Keyta artıq 2016-cı ildə ölkəsi Qvineyada aldığı sürücülük vəsiqəsi ilə Almaniyada sürücülük vəsiqəsi aldığından cəzalandırılıb.
Qvineyalı futbolçunun cəzanı qəbul etmədiyi və üst məhkəməyə müraciət edəcəyi qeyd olunub.