Mourinyo Konte haqda: “Siz onun arxasınca qaçmağımı istəyirdiz?”

Elnur Jamal

6 Noyabr 2017 0

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Çelsi” ilə oyundan sonra (0:1) Antonio Kontenin əlini sıxmaması barədə danışıb.

“Siz onun arxasınca meydanın mərkəzinə qaçmağımı istəyirdiz? Mən meydanın kənarında idim və orada olanların əlini sıxdım. Mən Kontenin köməkçisi olan qardaşının əlini sıxdım. Düşünürəm ki, bu kifayət idi. Mən qaçıb, Konteyə çata bilməzdim. Nə mən onu, nə də o məni gözləməli deyil. Burada heç bir problem yoxdur. Jurnalistlər həmişə önəmli olmayan hallara diqqət yetirirlər”, - Mourinyo deyib.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur