Fransa çempionatının 12-ci turunda “Sent-Etyen” – “Lion” (0:5) matçı 84-cü dəqiqədə qonaqların 5-ci qolundan sonra iğtişaşlar səbəbilə dayandırılıb.
“Lion”un kapitanı Nabil Fekir qoldan sonra formasını çıxararaq, Messi stilində soyadını “Sent-Etyen” tribunalarına göstərib.
Nəticədə, “Sent-Etyen” fanatları meydana daxil olub, oyunda 40 dəqiqəlik fasilə yaranıb.
Oyundan sonra Fekir etdiyi hərəkətə görə üzr istəməyəcəyini və peşman olmadığını qeyd edib.