Robert Prosineçki-nin çalışdıracağı yeni komanda məlum olub.
Futbolda.az qol.az saytına istinadən xəbər verir ki, Xorvatiyanın “Ekipa24” nəşrinə müsahibəsində millimizin hazırkı baş məşqçisi Robert Prosineçki yeni iş yeri haqqında məluma verib.
“Ən azı dekabrın 15-dək Bakıdayam. Çünki qızım burada məktəbdə dərsə gedir. Azərbaycan tərəfi ilə bütün sənədləşdirmə işlərini başa vurmuşam. İndi artıq işsizəm (gülür)”
Mütəxəssis artıq dekabr ayında AFFA ilə müqaviləsinin başa çatmasında sonra Sloveniya millisini çalışdıracaq.
“Bəli, bununla bağlı xəbərlər doğrudur. Böyük ehtimalla gələn həftə Sloveniya Futbol Federasiyasının prezidenti ilə danışıqlarım olacaq”.