Dünən UEFA Avropa Liqasında 4-cü həftənin oyunları baş tutub.
Futbolda.az xəbər verir ki, dünən 8 qrupda 24 matç baş tutub və bu oyunların nəticələrindən sonra artıq 5 klub 1/16 mərhəlsinə vəsiqəni vaxtından əvvəl təmin edə biliblər.
Bunlar Ukraynanın "Dinamo" (Kiyev), Rumıniyanın "Styaua", İngiltərənin "Arsenal", İtaliyanın "Latsio" və Rusiyanın "Zenit" klublarıdır.