Qurban Qurbanov millinin baş məşqçisi təyin olundu

Futbolda

3 Noyabr 2017 0

Azərbaycan millisinin yeni baş məşqçisi məlum olub. 

Futbolda.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimizin yeni baş məşqçisi Qurban Qurbanov təyin edilib.  Bu qərar AFFA-nın İcraiyyə Komitəsinin  bugünkü iclasında verilib.

Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-ı başa çatacaq.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur