Dünən UEFA Avropa Liqasında 4-cü həftənin oyunları keçirilib.
Futbolda.az xəbər verir ki, Avropa Liqasının "Marsel" - "Vitoria Guimaraes" oyununda oyundan öncə futbolçular və fanatlar arasında qarşıdurma baş verib. Belə ki, Marsel klubunun üzvü Patrik Evra Fransa klubunun fanatlarında birinə təpiklə hücum edib.
Bu hərəkətə görə futbolçu oyun başlamadan qırmızı kart alaraq meydanda qovulub.
Həmən insidentin videosunu təqdim edirik.