"Qarabağ" UEFA reytinqində neçənci yerdədir?
Futbolda.az xəbər verir ki, Atletiko Madrid ilə son oyunda səfərdə möhtəşəm oyun göstərən "Qarabağ" artıq UEFA klublar reytinqində də inamla irəliləməyə başlayıb. Səfərdə "Atletiko Madrid" ilə oyundan sonra bu gün yenilənən siyahıda UEFA klubları arasında 20.500 xalla 77-ci pillədə qərarlaşıb.
UEFA reytinqi son 5 ilin nəticələrinə uyğun hesablanır. Bu mövsümün UEFA reytinqində isə klubumuz 28-ci yerdə qərarlaşıb.