İngiltərə Premyer Liqasında X tura yekun vurulub.
Futbolda.az xəbər verir ki, turun son oyununda "Börnli" və "Nyukasl" komandaları üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 74-cü dəqiqədə Ceff Hendrik "Nyukasl" ın qapısından keçirib.
Premyer Liqada 10 turdan sonra turnir cədvəlinə 28 xalla "Mançester Siti" başçılıq edir. Liderdən 5 xal geri qalan "Mançester Yunayted" 2-ci pillədə qərarlaşıb. Aktivində 20 xal olan "Tottenhem" isə 3-cüdür.